Almaniyalı mütəxəssis Azərbaycan atletika məşqçilərinə təlim keçib - FOTO

2 Sentyabr 2026 13:03
95
Almaniyalı mütəxəssis Azərbaycan atletika məşqçilərinə təlim keçib - FOTO

Almaniyalı mütəxəssis İohann Klaus Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında milli komandanın məşqçiləri üçün seminar keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Təlim zamanı məşqçilər idmançıların fiziki hazırlığının düzgün təşkili, zədələrin qarşısının alınması və effektiv məşq proqramlarının hazırlanması istiqamətində yeni biliklər əldə ediblər.

İdman.Biz