Sprint üzrə Azərbaycan millisinin baş məşqçisi Valentin Buliçev məşqçilərlə növbəti görüş keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Toplantıda Bolqarıstandan olan xarici mütəxəssis, sprint və sədlərlə qaçış üzrə mütəxəssis Oqnyan Oqnyanov da iştirak edib.
Hər iki mütəxəssis məşq prosesinin əsasları, öz təcrübələri və fikirləri barədə məşqçilərlə fikir mübadiləsi aparıblar.
