Azərbaycan Atletika Federasiyasında (AAF) avqust-oktyabr aylarında məşqçilik kursları keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, avqustun 19-dan sentyabrın 1-dək xarici mütəxəssis tərəfindən sprint və sədlərlə qaçış üzrə təlim təşkil olunacaq.
Sentyabrın 21-24-də milli komandanın məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. Oktyabrın 27–31-də isə Uşaq-Gənclər İdman Məktəblərinin atletika bölmələrində çalışan məşqçilər üçün yerli seminar təşkil ediləcək.
Qeyd edək ki, xarici mütəxəssislərin də cəlb olunacağı təlimlərin əsas məqsədi məşqçilərin bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.
