Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə avqust-oktyabr aylarını əhatə edəcək məşqçilik kurslarına start verilib.
İdman.Biz xəbər verir ki, kursun ilk günündə xarici mütəxəssis Ognyanov Ognyan sprint və sədlərlə qaçış üzrə xüsusi təlim keçib.
Təlim zamanı əsas diqqət sprint və sədlərlə qaçışın texniki və praktiki xüsusiyyətlərinə, məşq prosesinin daha effektiv qurulmasına və idmançıların inkişafına yönəldilib.
Kursun növbəti mərhələlərində məşqçilər və idmançılar üçün müxtəlif istiqamətlər üzrə yeni təlimlərin keçirilməsi nəzərdə tutulub.
