Atletika üzrə Azərbaycan milli komandasının üzvlərinin növbəti qrupu təlim-məşq toplanışı üçün Göygölə yollanıb.
İdman.Biz xəbər verir ki, qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyan toplanış çərçivəsində idmançılar intensiv məşqlər keçirlər.
Hazırlıq prosesində atletlərin fiziki, texniki və funksional göstəricilərinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Milli komandanın qarşıdakı beynəlxalq yarışlarda uğurlu çıxış etməsi üçün hazırlıq prosesi davam etdiriləcək.
