Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonuna qeydiyyat başlayıb

10 Sentyabr 2026 16:39
75
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonuna qeydiyyat başlayıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Zəfər” Qaçış Klubunun təşkilatçılığı ilə Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonuna qeydiyyat başlayıb.

İdman.Biz xəbər verir ki, yarış 8-11 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

192 kilometrlik ultramarafon dörd gün və dörd mərhələdən ibarət olacaq.

Yarışın startı oktyabrın 8-də saat 08:00-da Qəbələ şəhərindən veriləcək. Finiş isə oktyabrın 11-də Xankəndi şəhərinin mərkəzində baş tutacaq.

Ultramarafonun mərhələləri belə olacaq:

Birinci mərhələ: Qəbələ → Ağdaş – 52,5 km

İkinci mərhələ: Ağdaş → Bərdə – 63,5 km

Üçüncü mərhələ: Bərdə → Ağdam – 46,8 km

Dördüncü mərhələ: Ağdam → Xankəndi – 29,2 km

Marşrut Ağdaş, Ləki, Yevlax, Bərdə, Ağdam, Əsgəran və Xocalıdan keçərək Xankəndi şəhərində başa çatacaq.

Yarışın sonunda ümumi və master kateqoriyalarında qaliblər mükafatlandırılacaq. Həmçinin 40+, 50+ və 60+ yaş qrupları üzrə xüsusi mükafatlar təqdim olunacaq.

Hər mərhələnin qalibləri xüsusi medallar və hədiyyələrlə, finişə çatan iştirakçılar isə xüsusi medallar və sertifikatlarla təltif ediləcəklər.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən müəyyən edilmiş normativlərə uyğun olaraq ikinci və üçüncü dərəcəli təltiflər də təqdim olunacaq.

Yarışda 18 yaşdan yuxarı və ya 21 km-dən artıq məsafədə qaçış təcrübəsi olan qeydiyyatdan keçmiş idmançılar iştirak edə bilərlər.

Yerlərin məhdud olduğu yarışda vaxtında qeydiyyatdan keçən iştirakçılar üçün transfer, otel və qonaqlama imkanları təşkilatçılar tərəfindən təmin ediləcək.

İdman.Biz