Azərbaycan atleti Polşada qızıl qazanıb

Xəbərlər
19 May 2024 00:37
371
Azərbaycan atleti Polşada qızıl qazanıb

Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində keçirilən çəkicatma yarışında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, o, 73,25 metrlik nəticə göstərib.

Skidan polşalı atlet Yanuş Kusosinskinin 70 illik yubileyinə həsr edilmiş “World Athletics”in gümüş səviyyəli turnirində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Təmsilçimiz italiyalı Sara Fantini (71,97 m) və polşalı Anita Vlodarçiki (71,16 m) arxada qoyub.

Qeyd edək ki, Skidan Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaq.

İdman.biz