Atletika məşqçiləri üçün seminar keçirildi - FOTO

25 Sentyabr 2026 11:06
98
Atletika məşqçiləri üçün seminar keçirildi - FOTO

Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında atletika məşqçiləri üçün keçirilən seminar uğurla yekunlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 21-dən 25-dək təşkil olunan təlimləri Bolqarıstandan dəvət edilmiş mütəxəssis Daniela Stanimirova Dasheva aparıb.

Tədbir zamanı prosesin düzgün qurulması, illik və aylıq planların hazırlanması, həmçinin müvafiq metodikalar və müasir yanaşmalar ətrafında nəzəri, eləcə də praktiki məlumatlar verilib.

İdman.Biz