Yığmamızın baş məşqçisi: “3 namizədimiz də var”

Müsahibə
17 May 2024 20:01
183
Yığmamızın baş məşqçisi: “3 namizədimiz də var”

“Çempionat lisenziya xarakteri daşıyır”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov deyib.

O, Yay Azərbaycan çempionatını dəyərləndirib. Mütəxəssisin sözlərinə görə, yarışda hər növdə qalib gələn idmançılara əlavə 100 xal veriləcək: “Bunun məqsədi odur ki, lisenziya qazana bilməyən idmançılar xal toplayaraq buna sahib ola bilərlər. Bu yarış, həmçinin İzmir şəhərində 25-26 mayda keçiriləcək Balkan çempionatına seçmə xarakteri daşıyır”.

İbrahimov bildirib ki, eyni zamanda Avropa çempionatına hazırlıqlar da davam edir: “İdmançılarımız Antalyada iki təlim-məşq toplanışı keçiblər. Qarşıda bir sıra yarışlarımız var. Onlar Avropa çempionatına lisenziya xarakteri daşıyır. Nazim Babayev, Anna Skidan artıq qitə birinciliyinə yollanacaq namizədlərdir. Bundan əlavə, 3 namizədimiz də var. Bunlar Kəskin Abbaszadə, Yekaterina Sarıyeva, Aleksis Kapelladır”.

Qeyd edək ki, Yay Azərbaycan çempionatı mayın 18-də başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz