Olimpiya çempionu yeni dünya rekorduna imza atıb

Xəbərlər
21 Aprel 2024 16:58
Olimpiya çempionu yeni dünya rekorduna imza atıb

Tokio-2020 Olimpiadasının çempionu Peres Cepçirçir qadınların marafon yarışında yeni dünya rekordu müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, keniyalı atlet 42 km 195 m məsafəni 2:16.15 saniyəyə qət edib.

Rekord London marafonunda qeydə alınıb. Əvvəlki dünya rekorduna 2017-ci ildə digər keniyalı atlet Meri Keytani imza atıb.

Qeyd edək ki, kişilər və qadınların birlikdə marafon yarışında rekord efiopiyalı Tiqisy Assefeyə (2:11.53) məxsusdur. O, bu uğura 2023-cü ilin sentyabrında nail olub.

İdman.biz