Ultramarafonunun qalibi: “Qələbəni şəhidlərə həsr edirəm”

Xəbərlər
4 Mart 2024 15:59
425
Ultramarafonunun qalibi: “Qələbəni şəhidlərə həsr edirəm”

“Yarış çox gözəl təşkil olunmuşdu”

İdman.biz xəbər verir ki, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.

55 km-lik Qobustan – Bakı marşrutunun, həmçinin 380 km-lik ümumi ultramarafonun qalibi bildirib ki, qələbəsini şəhidlərə həsr edir: “Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Ultramarafonun hər bir saniyəsində şəhidlərimizi yad edirdik. Qələbəni də şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, Bakıya çatıblar. 380 km-dən ibarət olan ultramarafonda ümumilikdə 64 idmançı mübarizəyə başlayıb və onlardan 17-si finişə çatıb. Atletlər arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri olub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: