Azərbaycanlı atlet Olimpiadaya vəsiqə uğrunda yarışacaq

Xəbərlər
12 Fevral 2024 22:45
185
Azərbaycanlı atlet Olimpiadaya vəsiqə uğrunda yarışacaq

Azərbaycanlı atlet Nazim Babayev Serbiyada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, o, “Belqrad qış turniri”ndə uzunluğa tullanmada yarışacaq.

Sabah start götürəcək yarış Dünya Atletikasında gümüş səviyyəli turnir hesab olunur. Belqradda 44 ölkədən 160 atlet qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Nazim lisenziya qazanmaq üçün 8,27 m nəticə göstərməlidir.

İdman.biz