Yeniyetmələrin qış birinciliyi start götürüb - FOTO

Xəbərlər
9 Fevral 2024 19:36
132
Yeniyetmələrin qış birinciliyi start götürüb - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında qış Azərbaycan birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, birincilik gələn il təşkil olunacaq Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı və III MDB Oyunlarına idmançıların seçimi üçün mühüm əhəmiyyət kəsb edir.

Respublika Olimpiya Mərkəzində keçirilən yarışın açılış mərasimində çıxış edən federasiyanın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın bu dəfə daha çox bölgəni əhatə etməsinin sevindirici hal olduğunu qeyd edərək, iştirakçılara uğurlar arzulayıblar. Ölkə birinciliyində paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Ordubad, Sədərək, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Gədəbəy, Bərdə, Beyləqan və Naftalandan 150 idmançı mübarizə aparır.

Qeyd edək ki, 2 gün davam edəcək yarışda müxtəlif məsafələrə qaçış, estafet, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə üzrə qaliblər müəyyənləşəcək.

İdman.biz