Azərbaycanı dünya çempionatında təmsil edəcək atlet dəqiqləşib - FOTO

Xəbərlər
29 Yanvar 2024 10:50
179
Azərbaycanı dünya çempionatında təmsil edəcək atlet dəqiqləşib - FOTO

Şotlandiyanın Qlazqo şəhərində atletika üzrə keçiriləcək qış dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançı bəlli olub.

İdman.biz xəbər verir ki, mundialda yığma üzvlərindən Nazim Babayev mübarizə aparacaq.

O, uzunluğa tullanmada iştirak edəcək.

Avropa çempionu əməkdaşımızla söhbətində bildirib ki, Azərbaycan qış çempionatında göstərdiyi yüksək nəticə sayəsində reytinq cədvəlində birinci yeri tutaraq buna nail olub.

Qeyd edək ki, dünya çempionatı martın 1-3-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: