5 iyun tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən ölkə birinciliyi başa çatdı.
İdman.Biz bildirir ki, yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən gənc atletlər iştirak edərək öz güc və bacarıqlarını nümayiş etdiriblər.
Yarışda idmançılar qaçış, tullanma və atma növləri üzrə yarışaraq yüksək nəticələr əldə etməyə çalışıblar.
Yarışın sonunda fərqlənən idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.
