Fotoqraflar arasında kamandan oxatma yarışı - FOTO

Xəbərlər
19 May 2024 11:08
164
Fotoqraflar arasında kamandan oxatma yarışı - FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə fotoqraflar arasında kamandan oxatma üzrə yarış keçirilib.

İdman.biz xəbər verir ki, təbdir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunub.

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar” Foto Klubu İctimai Birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Yarışda kişi və qadın komandalardan ibarət 60-dək fotoqraf mübarizə aparıb.

Sonda kişilər arasında mübarizədə ilk “üçlük”də yer alanlar İdman Olimpiya Komplekslərində 2 günlük istirahət kuponu hədiyyə edilib. Qadınlarda isə birinci yerin sahibinə istirahət kuponu, digər iki yeri tutan şəxslərə isə qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd kamandan oxatma idman növünün inkişaf etdirilməsi və kütləviliyin təmin olunmasıdır.

Banuçiçək Hüseynli
İdman.biz