Dünya üçüncüsü olan millimiz Vətənə dönüb - FOTO

28 Oktyabr 2024 21:27
435
Dünya üçüncüsü olan millimiz Vətənə dönüb - FOTO

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib.

Tiranada keçirilən yarışda 1️ qızıl, 2️ gümüş və 1️ bürünc medal qazanan sərbəst güləş millimiz yekunda 100 xal toplayaraq İran və Yaponiyadan sonra komanda hesabında üçüncü olub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

İdman.biz