Həsrət Cəfərov idmançılar arasında ən yüksək reytinqə sahibdir

2 Aprel 2026 09:13
201
Həsrət Cəfərov idmançılar arasında ən yüksək reytinqə sahibdir

Azərbaycan idmançılarının 2026-cı il aprel ayı üçün reytinq cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya yunan-Roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (440 xal) üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal) Murad Əhmədiyev (yunan-Roma güləşi, 320 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Arseniy Djioyev sərbəst güləş, 320 xal), Osman Nurmaqomedov (sərbəst güləş, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.

Qeyd edək ki, mart ayında reytinq cədvəli belə olub:

1) Həsrət Cəfərov (Yunan-Roma güləşi) 480 xal

2) Giorgi Meşvildişvili (Sərbəst güləş) 460 xal

3) Zelim Kotsoyev (Cüdo) 430 xal

4) Ülvü Qənizadə (Yunan-Roma güləşi) 400 xal

5) Elcan Hacıyev (Cüdo) 370 xal

6) Murad Əhmədiyev (Yunan-Roma güləşi) 320 xal

7) Zelim Tçkayev (Cüdo) 320 xal

8) Arseniy Djioyev (Sərbəst güləş) 320 xal

9) Osman Nurmaqomedov (Sərbəst güləş) 320 xal

10) Eldəniz Əzizli (Yunan-Roma güləşi) 320 xal

İdman.Biz