“Paris-2024” medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək

8 Aprel 2026 15:51
170
“Paris-2024” medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək

Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları - taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, idmançıların “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib. Mərasimdə hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq.

Qeyd edək ki, tədbir sabah, saat 12:00-da MOK-un inzibati binasında baş tutacaq.

İdman.Biz