Avropa çempionatı: Ümid bürüncə qalıb

Xəbərlər
15 Fevral 2024 19:41
170
Avropa çempionatı: Ümid bürüncə qalıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində 5 çəkidə mübarizəyə start verilib.

İdmançılar 53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq çəkidə yarışa başlayıblar. Azərbaycan millisinin üç üzvü də ilk sınağına çıxıb.

57 kq
Təsnifat mərhələsindən yarışa başlayan Jalə Əliyeva ötən il Zaqrebdə qazandığı gümüşü qızıla dəyişmək üçün mübarizə aparsa, istəyini reallaşdıra bilməyib. Onun bu yolda ilk rəqibi Erika Boqnar (Macarıstan) olub. 9:2 hesabıyla qalib gələn güləşmiçiz 1/4 finala vəsiqə qazanıb. Lakin Jalə bu mərhələdə ukraynalı Solomiya Vinnikə 5:12 hesabıyla uduzub.

62 kq
Birgül Soltanova yarışa 1/8 finaldan qoşulub. O, norveçli Avropa çempionu və dünya ikincisi Qreys Bullenə (Norveç) "tuş"la məğlub olub. Soltanovanın rəqibi finala yüksəldiyindən idmançımız bürünc qazanmaq şansını saxlayıb. Birgül təsəlliverici görüşdə yerli idmançı Amina Roksana Kapezanla yarışacaq.

65 kq
Elis Manolova Avropa çempionatlarında 5-ci finalına doğru yola təsnifat mərhələsindən başlayıb. Hesabında 1 qızıl və 3 gümüş olan güləşçimiz Nikoleta Barmpa (Yunanıstan) ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasında belaruslu Tatyana Pavlovadan da güclü olub - 4:1. Yarımfinalda ukraynalı İrina Koliadenko ilə qarşılaşan Elis 0:11 hesabı ilə uduzub. Yığmanın üzvü bürünc uğrunda güləşəcək.

Qeyd edək ki, qadın güləşçilərinin mübarizəsinin ilk günündə xalça üzərinə çıxan Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) bu gün finalda qüvvəsini sınayacaq.

İdman.biz

Məqalədə: