Həsrət Cəfərov idmançılar arasında ən yüksək reytinqə sahibdir

1 İyul 2026 15:17
106
Həsrət Cəfərov idmançılar arasında ən yüksək reytinqə sahibdir

Azərbaycan idmançılarının 2026-cı ilin iyul ayı üçün reytinq cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci sıradakı mövqeyini qoruyub.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk “üçlüy”ü qapayır.

Növbəti sıralarda Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nurəddin Novruzov (sərbəst güləş, 270 xal), Qaşim Maqomedov (taekvondo, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.

Qeyd edək ki, iyun ayında reytinq cədvəli belə olub:

Həsrət Cəfərov (Yunan-Roma güləşi) 480 xal

Giorgi Meşvildişvili (Sərbəst güləş) 460 xal

Arseniy Djioyev (Sərbəst güləş) 420 xal

Zelim Kotsoyev (Cüdo) 390 xal

Səidcəmşid Cəfərov (Boks) 350 xal

Elcan Hacıyev (Cüdo) 340 xal

Murad Əhmədiyev (Yunan-Roma güləşi) 330 xal

Zelim Tçkayev (Cüdo) 320 xal

Ülvü Qənizadə (Yunan-Roma güləşi) 300 xal

Nürəddin Novruzov (Sərbəst güləş) 270 xal

İdman.Biz