Bakıda çimərlik güləşi üzrə beynəlxalq turnirlərin hakimləri müəyyənləşib - FOTO

24 Avqust 2026 18:47
91
Bakıda çimərlik güləşi üzrə beynəlxalq turnirlərin hakimləri müəyyənləşib

Avqustun 27-29-da "Sea Breeze" istirahət mərkəzində keçiriləcək çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər müəyyənləşib.

İdman.Biz Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, avqustun 27-də təşkil olunacaq U-17 dünya çempionatında ölkəmizi milli dərəcəli hakimlər Rəvan Rəcəbov və Ceyla Nağızadə təmsil edəcəklər.

Yarışda hakimlik etməklə yanaşı, hər iki azərbaycanlı referi beynəlxalq hakimlik kateqoriyası əldə etmək üçün imtahan verəcək.

Avqustun 28-29-da keçiriləcək Dünya Seriyasının dördüncü mərhələsində isə I-S dərəcəli azərbaycanlı hakimlər Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qarşılaşmaları idarə edəcəklər.

Ümumilikdə U-17 dünya çempionatında 20, Dünya Seriyasının dördüncü mərhələsində isə 13 hakim ədaləti qoruyacaq.

İdman.Biz