İbrahim Həsənov: “Qızıl medal üçün çıxmışdım, səhvlər etdim”

2 Avqust 2026 20:57
119
İbrahim Həsənov: “Qızıl medal üçün çıxmışdım, səhvlər etdim”

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında 51 kq çəki dərəcəsində qızıl medal qazana bilməməsini yol verdiyi səhvlərlə əlaqələndirib.

İdman.Biz xəbər verir ki, gümüş medal qazanan idmançı jurnalistlərə açıqlamasında yarışdakı çıxışını dəyərləndirib.

“Medalsız qalmadım, amma yarışa qızıl medal qazanmaq üçün qatılmışdım. Görüşlər zamanı bir sıra səhvlərə yol verdim və buna görə məğlub oldum.

Təəssüf ki, digər sərbəst güləşçilərimiz də medal qazana bilmədilər. Qızıl medal əldə etməklə onların hər birinin başını uca etmək istəyirdim. Lakin məqsədimə çata bilmədim. İnanıram ki, növbəti yarışlarda nəticələrimiz daha yaxşı olacaq”, - deyə Həsənov bildirib.

İbrahim Həsənov finalda İran təmsilçisi Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olaraq dünya çempionatını ikinci pillədə başa vurub.

Foto: İslam Atakişiyev

İdman.Biz