Azərbaycanın dörd güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk “3-lük”də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.


