Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən Dünya Seriyasının ikinci mərhələsində iki medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 80 kq-da ölkəmizi təmsil edən iki güləşçi fəxri kürsüyə qalxıb. Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.
İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.
Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.
