“Ad günümü ailəmlə birlikdə qeyd edəcəm”.
Bunu İdman.bizə bu gün doğum günü olan Rəsul Çunayev deyib.
Dünya çempionu və Avropa Oyunlarının qalibi doğum gününü ailəsi ilə keçirəcəyini bildirib. Onun sözlərinə görə, ilk təbriki də doğmalarından alıb: “Doğum günümü heç vaxt xüsusi qeyd etməmişəm. Mənim üçün bayram uzun illərdən sonra Qarabağın işğaldan azad olunması, Zəfər Günümüzdür. Hər zaman bayrağımız yüksəklərdə dalğananda, himnimiz səslənərkən sevinirəm və bu mənim üçün xüsusi bayramdır”.
Dövlət Sərhədi Xidmətinin zabiti olan Çunayev fəaliyyətini orada davam etdirir.
Olimpiya mükafatçısı 2023-cü ildə sabiq komanda yoldaşlarının tarix yazdığını da vurğulayıb: “Dünya çempionatında yunan-Roma güləşi üzrə millimiz birinci yerə çıxdı. Təbii ki, komanda yoldaşlarımın bu qələbəsinə çox sevindim. Azərbaycan idmanında güləş milli idman növü olmaqla yanaşı, bir nömrədir. Bunu da hər zaman pəhləvanlarımız sübut edir”.
Qeyd edək ki, Çunayev Balakən rayonunda anadan olub.
Banuçiçək Hüseynli
İdman.biz
