Altı çimərlik güləşçisimiz Dünya Seriyasının üçüncü mərhələsində iştirak edəcək

18 İyun 2026 11:20
109
Altı çimərlik güləşçisimiz Dünya Seriyasının üçüncü mərhələsində iştirak edəcək

Azərbaycanın altı çimərlik güləşçisi iyunun Gürcüstanın Batumi şəhərində böyüklər arasında Dünya Seriyasının üçüncü mərhələsində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.

İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk iki turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, iyunun 20-21-də keçiriləcək Dünya Seriyasında I-S dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

İdman.Biz