Azərbaycanın güləşçisi Ali Tsokayev Albaniyada keçirilən Avropa çempionatındakı qələbəsi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, qızıl medal qazanan idmançı gələcəkdə də uğurlarını davam etdirmək niyyətində olduğunu bildirib.
"Bu, mənim böyüklər arasında ilk Avropa çempionatım idi. Debütümdə qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Uğurumda Azərbaycan Güləş Federasiyasının böyük rolu var. Bu qələbəni federasiyaya və Azərbaycan xalqına həsr edirəm. Gələcəkdə də azarkeşləri qızıl medallarla sevindirməyə çalışacağam", – deyə Tsokayev jurnalistlərə bildirib.
Gələcək planlarından danışan idmançı əlavə edib: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam".
Qeyd edək ki, Tiranada keçirilən Avropa çempionatında Azərbaycan güləşçiləri ümumilikdə 13 medal qazanıblar. Ali Tsokayev 92 kq çəki dərəcəsində finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevi məğlub edərək Avropa çempionu olub.
