Albaniyada keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar.
İdman.Biz xəbər verir ki, sərbəst güləş üzrə milli komanda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutub. Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanı azarkeşlər, ictimaiyyət və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Tiranada keçirilən yarışda Azərbaycan güləşçiləri ümumilikdə 13 medal əldə ediblər. Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) finalda qalib gələrək Avropa çempionu olublar. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş medal qazanıb. Nurəddin Novruzov (61 kq) isə üçüncü yer uğrunda görüşdə məğlub olub.

Bundan əvvəl yunan-Roma güləşi üzrə Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) da Avropa çempionu adına layiq görülüb. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə edib. Yunan-Roma güləşi üzrə milli komanda da komanda hesabında birinci yeri tutub.

