Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatına yekun vurulub.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin son günündə yunan-Roma güləşi üzrə 48, 52, 57, 62, 68, 75 və 85 kq-da medalçılar müəyyənləşib.
48 kq
1. Pünhan Şahmarov (ROİL, “Neftçi”)
2. Əhliman Balakişizadə (Sumqayıt, Təhsil)
3. Raqif Məmmədzadə (Mingəçevir), Zaur Əsədli (Cəlilabad)
52 kq
1. Rəsul Əhmədli (Sumqayıt, Təhsil)
2. Şahvələd Quliyev (Zəngilan)
3. Etibar Həsənov (AHİTA), Nəriman Cəfərzadə (Lənkəran)
57 kq
1. Sadiq Vəlizadə (Neftçi)
2. Cəsur Cavadzadə (UGİM-2)
3. Salavat Afyatulin (Neftçi), Asiman Məmmədov (Neftçi)
62 kq
1. Raul Məmmədzadə (ROİL, “Neftçi”)
2. İsmayıl Mamedov (Balakən)
3. Zaman Qəribov (Lerik), Məhəmməd Rufullayev (AHİTA)
68 kq
1. İbrahim Məmmədzadə (Göyçay)
2. Tunar Misirxanov (AHİTA)
3. Ömər Əliyev (AHİTA), Eldar İsmayılzadə (UGİM-9)
75 kq
1. Süleyman Verdiyev (Gimnaziya, “Neftçi”)
2. Əkrəm Rzayev (MOİK)
3. Fikrət Baxşaliyev (UGİM-10), Şirazi Şərbətov (Qusar)
85 kq
1. Elvin Necəfzadə (Neftçi)
2. Xalid Məmmədli (Neftçi)
3. Nurlan İbrahimov (Mingəçevir), Riyad Həsənov (MOİK)
13:58
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı başa çatır.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin sonuncu günündə yunan-Roma güləş üzrə daha iki medalçı müəyyənləşib.
68 kq çəki dərəcəsində İbrahim Məmmədzadə, 75 kq-da isə Süleyman Verdiyev bütün rəqiblərini məğlub edərək U-15 Azərbaycan çempionu adını qazanıblar.
13:00
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı başa çatır.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin sonuncu günündə yunan-Roma güləş üzrə daha bir medalçı müəyyənləşib.
62 kq çəki dərəcəsində isə Raul Məmmədzadə final görüşündə qalib gələrək qızıl medala sahib çıxıb.
12:45
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatı başa çatır.
İdman.Biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin sonuncu günündə yunan-Roma güləş üzrə 48, 52, 57 kq-da medalçılar müəyyənləşib.
48 kq çəki dərəcəsində Pünhan Şahmarov bütün rəqiblərini məğlub edərək U-15 Azərbaycan çempionu adına layiq görülüb.
52 kq çəki dərəcəsində isə Rəsul Əhmədli final görüşündə qalib gələrək qızıl medala sahib çıxıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Sadiq Vəlizadə də uğurlu çıxışı ilə seçilərək U-15 Azərbaycan çempionu titulunu qazanıb.
