Azərbaycan güləşçiləri Tiranada beynəlxalq turnirdə daha bir mükafat qazanıblar – YENİLƏNİB

26 Fevral 2026 23:17
152
Azərbaycan güləşçiləri Tiranada beynəlxalq turnirdə daha bir mükafat qazanıblar – YENİLƏNİB

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gələrək reytinq turnirində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl digər təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.

17:31

Paris-2024 Olimpiadasının sərbəst güləş üzrə bürünc mükafatçısı Maqomedxan Maqomedov (97 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən reytinq turnirində yarımfinala vəsiqə qazanıb.

İdman.Biz-in məlumatına görə, Maqomedov 1/4 final mərhələsində amerikalı güləşçi Conatan Leonard üzərində 13:2 hesablı inamlı qələbə qazanıb.

Bundan əvvəl, 1/8 final mərhələsində azərbaycanlı sərbəst güləşçi Türkiyə təmsilçisi Rifat Erenə qalib gəlib.

Azərbaycanın digər iki nümayəndəsi - Cəbrayıl Hacıyev (79 kq) və Paris-2024 Olimpiadasının daha bir bürünc medalçısı Georgi Meşvildişvili (125 kq) — yarımfinala yüksələ bilməyiblər. Onlar müvafiq olaraq İran təmsilçisi Məhəmməd Noxodilarimi və ABŞ güləşçisi Uayt Hendriksə 1/4 finalda məğlub olublar.

Hazırda Azərbaycan millisinin Tiranadakı reytinq turnirində aktivində üç medal var: Rəşid Babazadə (65 kq) gümüş medal qazanıb, İslam Bazarqanov (57 kq) və Arseniy Cioyev (86 kq) isə bürünc medala sahib olublar.

İdman.Biz