Azərbaycan güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb

24 Fevral 2026 11:51
107
Azərbaycan güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Ramiz Həsənov (79 kq) Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

O, 14 ölkənin təmsil olunduğu “Vladimir Semyonov kuboku”nda bürünc medal qazanıb.

İdman.Biz