Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlizamin Əsgərov Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndə heyətini qəbul edib.
İdman.Biz xəbər verir ki, görüş zamanı oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək böyüklər arasında güləş üzrə dünya çempionatı barədə fikir mübadiləsi aparılıb.
Səfir Azərbaycan milli komandalarına uğurlar arzulayıb və idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.
AGF nümayəndələri isə göstərilən diqqətə, qonaqpərvərliyə və dəstəyə görə Əlizamin Əsgərova minnətdarlıqlarını çatdırıblar.
