Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə çempionatı Qazax şəhərində təşkil olunacaq

25 Fevral 2026 15:13
89
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə çempionatı Qazax şəhərində təşkil olunacaq

2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan olunmuş Qazax şəhəri ilk dəfə sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə çempionatına ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, yarış martın 11-dən 14-dək Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən yeniyetmə güləşçilər hər iki növ üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışın proqramına əsasən görüşlər dörd gün ərzində keçiriləcək və qaliblər müvafiq çəki dərəcələri üzrə müəyyənləşəcək.

İdman.Biz