Azərbaycan güləşçiləri Albaniyadakı turnirdə üç medal qazanıblar

25 Fevral 2026 22:40
122
Azərbaycan güləşçiləri Albaniyadakı turnirdə üç medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində üç medal qazanıblar.

İdman.Biz xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəşid Babazadə reytinq turnirində finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə (0:10) məğlub olub.

İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Akşay Tanaci Dhereyə 9:2 hesabıyla qalib gələrək reytinq turnirində bürünc medal qazanıb.

Arseniy Djioyev (86 kq) üçüncü yer uğrunda qarşılaşmada amerikalı ikiqat olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deykə 4:1 hesabıyla qalib gələrək reytinq turnirində bürünc medal qazanıb.

İdman.Biz