Naxçıvan təmsilçiləri Türkiyədəki güləş festivalında uğurla mübarizə aparıblar - FOTO

9 Fevral 2026 17:37
86
Naxçıvan təmsilçiləri Türkiyədəki güləş festivalında uğurla mübarizə aparıblar - FOTO

Naxçıvan güləşçiləri Türkiyədə keçirilən “Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı”nda uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin Ərzurum, Amasya, İstanbul, Tokat, Samsun və Artvin vilayətlərindən 12 kateqoriya üzrə ümumilikdə 149 idmançı mübarizə aparıb.

Qarşılaşmalar qarla örtülü meydançada keçirilib.

Azərbaycanı yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Hikmət Hüseynovun rəhbərliyi ilə “Naxçıvan” komandasının 6 idmançısı təmsil edib. Təmsilçilərimiz festivalda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Uşaqların yarışında Murad Hacızadə (35 kq) qızıl çempion olub. Rüzgar Məmmədov eyni yaş qrupu və çəkidə üçüncü yeri tutub. Böyüklərin yarışında Hüseyn Rzayev (85 kq) gümüş medala sahib çıxıb. Murad Quliyev (70 kq), Qoca Əhmədov (90 kq) və Kəramət Xudiyev (90 kq) isə yarışı bürünc medalla tamamlayıblar.

İdman.Biz