Kərimzadə Zaqrebdə medal qazandı

8 Fevral 2026 12:15
110
Kərimzadə Zaqrebdə medal qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turnirində Azərbaycan təmsilçisi fəxri kürsüyə yüksəlib.

İdman.Biz xəbər verir ki, qadın güləşi üzrə millimizin üzvü Zəhra Kərimzadə 72 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Güləşçimiz 1/4 finalda Türkiyə idmançısı Buse Tosuna 0:2 hesabı ilə uduzub. Lakin üçüncü yer uğrunda qarşılaşmada o, Yaponiya təmsilçisi Mahiro Yoşitakeni 4:1 hesabı ilə məğlub edərək turniri mükafatla tamamlayıb.

Digər çəkilərdə mübarizə aparan Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya 0:10 hesabı ilə məğlub olub. O, təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya 1:13 hesabı ilə uduzub.

57 kq-da çıxış edən Jalə Əliyeva startda brazilyalı Culya Penalberaya 4:14 hesabı ilə yenilərək yarışla erkən vidalaşıb.

İdman.Biz