“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Premyer Liqanın 25-ci turunda “Tottenhem”lə oyundan sonra komandanın oyun cədvəli barədə danışıb.
İdman.Biz bildirir ki, matç 2:0 hesabı ilə “Mançester Yunayted”in xeyrinə qurtarıb.
“Bir növ, bu, hər iki tərəfə də təsir edə bilər. Çərşənbə axşamı oynayırıq, fasilədən sonra isə “Everton”la qarşılaşırıq. Oyunun ritminə uyğunlaşmalıyıq, bu, hər şey qədər vacibdir. Bəzən kömək edir, amma bəzən bir az çətin olur və bu, sizə zərər verə bilər. Ona görə də düşünürəm ki, sadəcə növbəti oyunu sakitcə qəbul etməliyik. Çərşənbə axşamı “Vest Hem”lə səfərdə daha bir böyük oyunumuz var, bundan sonra istirahət edəcəyik, sağalacağıq və növbəti oyun üçün məşq edəcəyik", - deyə Karrik “qırmızı şeytanlar”ın rəsmi saytında bildirib.
