Güləşin canlı əfsanəsi Mariya Stadnik: “Ən dəyərli olan içimizdədir” - FOTO/VİDEO

3 Dekabr 2025 13:42
223
Güləşin canlı əfsanəsi Mariya Stadnik: “Ən dəyərli olan içimizdədir” - FOTO/VİDEO

Dünya güləşinin canlı əfsanəsi, Olimpiya oyunlarının dördqat mükafatçısı, Azərbaycan millisinin sabiq üzvü Mariya Stadnik 37-ci yaş günündə sosial şəbəkədəki paylaşımı ilə böyük maraq doğurub.

İdman.Biz xəbər verir ki, təcrübəli idmançı paylaşımında insanın dəyərinin xarici görünüşlə deyil, daxili dünyası ilə ölçüldüyünü vurğulayıb.

“Ən dəyərli olan hər şey içimizdədir, yaş isə yalnız müdriklik qatır və xarici görünüşü dəyişir. Salam, mənim 37 yaşım”, - deyə M.Stadnik paylaşımında yazıb.

Mariya Stadnik peşəkar karyerası boyunca Azərbaycan güləş tarixinin ən titullu qadın idmançılarından biri olub. O, ötən illər ərzində Dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya oyunlarında qazandığı medallarla ölkə idmanında xüsusi yer tutur.

Təcrübəli idmançı bu paylaşımı ilə həm azarkeşlərinə, həm də gənc idmançılara motivasiya mesajı verib.

@idman.biz Dünya güləşinin canlı əfsanəsi, qadın güləşi üzrə beş dəfə Olimpiya oyunlarının iştirakçısı (onlardan dördündə fəxri kürsüyə qalxıb – red.), Azərbaycan millisinin sabiq üzvü Mariya Stadnikin 37 yaşı tamam olub! Rəsmi “İnstagram” hesabında belə yazıb: “Ən dəyərli olan hər şey içimizdədir və yaş yalnız müdriklik qatır, xarici görünüşü dəyişdirir. Salam mənim 37 yaşım 💋🥳 ✨ Hər yeni yaş – daha güclü, daha dərin və daha mənalı bir mən’ deməkdir” #mariyastadnik #gules #olimpiya #oyun #cempion #idman ♬ оригинальный звук - Idman və Biz
İdman.Biz
Məqalədə: