Mikayıl Cabbarov yenidən Güləş Federasiyasının prezidenti seçilib.
İdmna.Biz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının bu gün keçirilən ümumi yığıncağında Mikayıl Cabbarov növbəti dəfə prezident seçilib.
Bildirilib ki, tədbirdə federasiyanın prezidenti Mikayıl Cabbarov, vitse-prezidenti Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, eləcə də federasiyanın üzvləri iştirak ediblər.
Yığıncaqda federasiyanın son 4 illik fəaliyyəti barədə hesabat təqdim edilib. Bildirilib ki, 2022–2025-ci illərdə Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda 1031 medal qazanıb, böyük turnirlər yüksək səviyyədə təşkil olunub, infrastruktur və kütləvilik layihələri genişləndirilib.
Sonda çıxış edən Cabbarov növbəti 4 il üçün hədəfləri açıqlayıb və güləşçilərə uğurlar arzulayıb.
