Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə Dünya kubokunda çıxış edən Azərbaycan idmançıları uğurlu nəticələr əldə ediblər.
İdman.Biz xəbər verir ki, yarışın fərdi proqramında Elnur Abdullayev gümüş medal qazanıb.
Təşkilatçılar onun turnir boyunca göstərdiyi yüksək texniki hazırlığı qiymətləndirərək idmançını xüsusi kubokla da mükafatlandırıblar.
Azərbaycan yığmasının digər nümayəndələri də bir neçə kateqoriyada podiuma yüksəlib və komanda hesabında uğurlu çıxışa töhfə veriblər.
Komanda yarışlarında qadın yığması Fidan Hüseynova, Şahanə Məmmədova və Gözəl Zutova uğurlu çıxış edərək bürünc medallar qazanıb.
