Şuşada şəhidin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib - FOTO

Xəbərlər
1 Dekabr 2025 11:55
63
Şuşada şəhidin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib - FOTO

Gənclər və İdman Nazirliyinin Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şuşa rayon Uşaq və Gənclər İdman Məktəbi tərəfindən ikinci dəfə şəhid Ələkbərov Telman İqdam oğlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə Şuşa rayon açıq birinciliyi keçirilib.

İdman.Biz xəbər verir ki, yarışda 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Şuşa UGİM-in direktoru Tural Allahverdiyev yarışın artıq ənənə halını aldığını bildirib: “Dünya durduqca şəhidlərimizin xatirəsi daim yad olunmalıdır. Yarış iştirakçılara unudulmaz təcrübə qazandırır”.

Tədbir, həmçinin idmanın gənclər arasında populyarlaşdırılması, onların fiziki və mənəvi inkişafına xidmət edir. Şuşa UGİM gələcəkdə də bu cür tədbirləri davam etdirməyi və gəncləri idmanla birləşdirməyi hədəfləyir.

İdman.Biz