Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci il dekabrın 1-nə olan reytinq cədvəlini təqdim edib.
İdman.Biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.
Qeyd edək ki, noyabr ayında reytinq cədvəli belə olub:
1) Ülvü Qənizadə (Yunan-Roma güləşi) 400 xal
2) Həsrət Cəfərov (Yunan-Roma güləşi) 400 xal
3) Giorgi Meşvildişvili (Sərbəst güləş) 400 xal
4) Zelim Kotsoyev (Cüdo) 350 xal
5) Osman Nurmaqomedov (Sərbəst güləş) 340 xal
6) Zelim Tçkayev (Cüdo) 330 xal
7) Eldəniz Əzizli (Yunan-Roma güləşi) 320 xal
8) Elcan Hacıyev (Cüdo) 310 xal
9) Murad Əhmədiyev (Yunan-Roma güləşi) 250 xal
10) Arseniy Djioyev (Sərbəst güləş) 250 xal
