Reytinq turnirində Azərbaycan finalı olacaq

28 Fevral 2026 19:23
133
Reytinq turnirində Azərbaycan finalı olacaq

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Yunan-roma güləşçilərimiz döşək üzərinə çıxıblar.

İdman.Biz bildirir ki, 63 kq-da güləşən Murad Məmmədov 1/8 finalda iranlı Ali Nurayiyə 3:8 hesabıyla məğlub olub.

Bu çəkidəki digər güləşçimiz Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Ali Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidaxmetova (7:3) qalib gələrək finala yüksəlib.

Eyni çəki dərəcəsində güləşən Sakit Quliyev isə amerikalı İldar Hafizova 🇺🇸 (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib.

Bu çəkinin finalında Ziya Babaşov və Sakit Quliyev üz-üzə gələcəklər.

67 kq-da ölkəmizi təmsil edən Məhəmməd Şükürzadə belaruslu Qleb Makarankaya (UWW) ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan həmyerlimiz ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb.

Məhəmməd Şükürzadə bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşəcək.

İdman.Biz