“Komandasının kapitanı olmuş idmançılardan əla məşqçilər çıxır” - Namiq Abdullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

2 Mart 2026 18:10
104
“Komandasının kapitanı olmuş idmançılardan əla məşqçilər çıxır” - Namiq Abdullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

“Yaxşı məşqçinin əsas xüsusiyyətlərindən biri yetirməsinin psixoloji və fiziki durumuna dərindən bələd olmasıdır”.

Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev İdman.Biz-in ona ünvanlandığı “Hansı idmançıdan yaxşı məşqçi çıxır?” sualına cavab verərkən deyib.

Birinci Məşqçilər Forumunda iştirak edən Namiq Abdullayev kadr seçimində əsas meyarları açıqlayıb:

“İdeal variant odur ki, həmin şəxs idmançı karyerası dövründə komandanın kapitanı olub. Bu rolda idmançı məşqçilərlə digərlərindən daha sıx ünsiyyətdə olur, təşkilati proseslərə cəlb edilir və lider olmağı öyrənir. Bundan əlavə, kapitan təkcə xalça və ya stadionda deyil, onun hüdudlarından kənarda da nümunədir. Buna görə hesab edirəm ki, sabiq kapitanlardan əla mütəxəssislər yetişir.

Bununla yanaşı, fitri məşqçilər də var ki, konkret yetirmə ilə fərdi qaydada səmərəli işləyirlər. Belə insanlar çox vaxt yığmanın məşqçilər heyətində özlərini tapa bilmirlər: ya özləri orada işləmək istəmirlər, ya da böyük kollektivdə digər həmkarlarla çalışmağa həvəs və ya bacarıq olmadığından onları ‘görmürlər’".

İdman.Biz