İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.
İdman.bi xəbər verir ki, klubun yay transer pəncərəsində “Parma” klubundan 35 milyon avroya transfer etdiyi Covanni Leoni zədələnib.
Belə ki, 18 yaşlı oyunçunun çarpaz bağları qopub. Bu səbəbdən Leoni bir neçə ay meydanlardan kənarda qalmalı olacaq.
Leoni zədəni İngiltərə Liqa kubokunda “Sauthempton”la oyunda (2:1) alıb. Bu, onun klubda debüt oyunu idi.
"Liverpul" UEFA Çempionlar Liqasının ümumi mərhələsində "Qarabağ" klubunun rəqibidir. Komandalar 2026-cı il yanvarın 28-də İngiltərədə qarşılaşacaqlar.
