“Milan” əsas qapıçısını itirmək təhlükəsi ilə üzləşib

Xəbərlər
4 Dekabr 2023 20:41
155
“Milan” əsas qapıçısını itirmək təhlükəsi ilə üzləşib

Fransalı qapıçı Mik Menyan “Milan”ı tərk edə bilər.

İdman.biz xəbər verir ki, İtaliya klubu onun məvacibini artırmağı düşünmür.

Məhz bu amil Menyanın “rossoneyerlilər”in heyətini tərk etməsinə səbəb ola bilər. Əgər yaxın müddət ərzində qapıçının arzusu yerinə yetirilməsə, o, rəhbərlikdən transferə çıxarılmasını tələb edəcək. Miklə “Çelsi”, “Bavariya”, “Mançester Yunayted” kimi qitənin nəhəng klubları maraqlanır. Onu transfer qiyməti 45 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Menyan 2021-ci ildən “Milan”da çıxış edir. Onun klubla 2026-cı il iyunun sonunadək müqaviləsi var.

İdman.biz