Madridin “Real” futbol klubu hücumçusu Kilian Mbappeyə 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizədə dəstək olmaq üçün xüsusi strategiya hazırlayıb.
İdman.Biz “L’Equipe”yə istinadən xəbər verir ki, “Kral klubu”nun strategiyası mərasimdən bir neçə həftə əvvəl “Real” üçün önəmli şəxslərin Mbappenin namizədliyini açıq şəkildə dəstəkləmələrindən ibarətdir.
Vurğulanır ki, klub oxşar addımı 2013-cü ildə də atıb. Həmin vaxt Alfredo Di Stefano, Emilio Butragenyo, Karlo Ançelotti, İker Kasilyas və Serxio Ramos Kriştiano Ronalduya açıq şəkildə dəstək olublar. Nəticədə portuqaliyalı futbolçu səsvermədə “Bavariya”nın vingeri Frank Riberini qabaqlayıb. Həmin vaxt “Bavariya” rəhbərliyi eyni cür dəstək nümayiş etdirməyib.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatlandırma mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.
