UEFA prezidenti: “Dünya çempionatının qışda keçrilməsi ağılsızlıqdır”

Xəbərlər
4 Dekabr 2023 17:29
290
UEFA prezidenti: “Dünya çempionatının qışda keçrilməsi ağılsızlıqdır”

“Biz ayrı-seçkiliyin və sui-istifadənin bütün formaları ilə mübarizə aparmaq üçün əlimizdən gələni edirik. Amma heç kim dünya çempionatından şəxsi və ya siyasi maraqları üçün istifadə etməməlidir”.

İdman.biz xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin dünya çempionatının qışda keçirilməsi təcrübəsini şərh edərkən bildirib.

UEFA rəsmisi çempionatın təkrar qış fəslində təşkil edilməsinin ağılsızlıq olduğunu vurğulayıb. O əlavə edib ki, dünya çempionatının qışda təşkili futbola fayda verməyib: “Mundialın təkrar qış fasiləsində təşkili ağılsızlıq olardı. Həmçinin, bu, təqvimdə həddən artıq yüklənmə yaradır”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilib. Çempionatın qalibi Argentina olub. DÇ-2026-ya isə 3 ölkə ev sahibliyi edəcək - ABŞ, Meksika və Kanada. Həlledici mərhələ iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

İdman.biz