“Çelsi” “Brentford”a böyük hesabla uduzdu – qələbəsiz seriya 3 matça çatdı - VİDEO

19 Sentyabr 2026 01:03
83
“Çelsi” “Brentford”a böyük hesabla uduzdu – qələbəsiz seriya 3 matça çatdı

İngiltərə Premyer Liqasının beşinci turun açılış oyununda “Brentford” və “Çelsi” qarşılaşıblar.

İdman.Biz xəbər verir ki, Brentforddakı “Citek Kommunity” stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 61-ci dəqiqədə “Brentford”un hücumçusu Ceydon Entoni açıb. 83-cü dəqiqədə hücumçu İqor Tyaqo meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib. 90+4-cü dəqiqədə isə yarımmüdafiəçi Fabiu Karvalyu matçın son nöqtəsini qoyaraq hesabı 3:0-a çatdırıb.

Bu nəticə ilə “Çelsi”nin Premyer Liqada qələbəsiz oyunlar seriyası üç matça yüksəlib. London klubu dördüncü turda “Hall Siti” ilə 2:2 hesablı heç-heçə edib, üçüncü turda isə “Arsenal”a 1:2 hesabı ilə məğlub olub.

Beş turdan sonra 9 xal toplayan “Brentford” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 7 xalı olan “Çelsi” isə yeddinci yerdədir.

İdman.Biz